“Mançester Yunayted” yeni stadionun ünvanını açıqladı

9 İyul 2026 17:59
85
“Mançester Yunayted” yeni stadionun ünvanını açıqladı

“Mançester Yunayted” 100 min nəfərlik yeni stadionunun harada tikiləcəyini rəsmən açıqlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, yeni arena “Old Trafford” stadionundan cəmi 350 metr şimal-qərbdə inşa ediləcək. Stadionun ətrafında təxminən 15 min yeni yaşayış evi, məktəblər və xəstəxanalar tikiləcək, həmçinin müxtəlif nəqliyyat vasitələrinin hərəkətini nəzərə alan müasir infrastruktur yaradılacaq.

Klubdan verilən açıqlamada qeyd olunub ki, yeni stadionun köhnə arenaya yaxın yerləşməsi azarkeşlər üçün formalaşmış atmosferin və ənənələrin qorunmasına kömək edəcək.

İdman.Biz