"Çelsi" klubu "Sportinq Lissabon"dan portuqaliyalı cinah oyunçusu Jeovani Kenda ilə müqavilə imzaladığını təsdiqləyib.
İdman.Biz bildirir ki, 19 yaşlı futbolçu 2034-cü ilə qədər müqavilə imzalayıb.
"Burada olmaq çox xoşdur. "Çelsi" əla komandadır və mən "Stemford Bric"də oynamaqdan məmnunam. Klub mənim kimi oyunçulara etibar edir və mən burada olmaqdan, bu klubun bir hissəsi olmaqdan qürur duyuram", - Kenda "Çelsi"nin rəsmi saytına verdiyi müsahibədə deyib.
"Çelsi" və "Sportinq" transfer pəncərəsi açılmamışdan bir neçə ay əvvəl Kendanın yay transferi ilə bağlı razılığa gəliblər. Mediada yayılan məlumatlara görə, transfer haqqı 50 milyon avrodur.
