“Fənərbağça” Qrinvudun transferi üçün “Marsel” və “Mançester Yunayted”lə razılığa gəlib

9 İyul 2026 06:14
74
“Fənərbağça” Qrinvudun transferi üçün “Marsel” və “Mançester Yunayted”lə razılığa gəlib

Fransanın “Marsel” və Türkiyənin “Fənərbağça” klubları cinah oyunçusu Meyson Qrinvud üçün razılığa gəliblər.

İdman.Biz-in RMC Sport-a istinadən məlumatına görə, müqavilənin dəyəri 42 milyon avrodur və bunun 30 milyon avrosu ingilis futbolçunun keçmiş klubu 2Mançester Yunayted”ə gedəcək.

Mənbənin məlumatına görə, “Atletiko Madrid” də Qrinvudla maraqlanırdı, lakin oyunçu onların əvəzinə “Fənərbağça”nı seçib. İngilis futbolçu vergi çıxıldıqdan sonra 10 milyon avro maaşla dörd illik müqavilə imzalamağa hazırlaşır.

Qrinvudu “Marsel”ə satmaqla “Mançester Yunayted” oyunçunun gələcək transfer haqqı üzrə 40% payını saxlayıb. “Fənərbağça”nın həm İngiltərə, həm də Fransa klubları ilə ayrıca danışıqlar aparmağı əhatə edən bir strategiya seçdiyi bildirilir.

İdman.Biz