Amorim: “Ramuşa çox inanıram, görün Xorvatiyaya nə etdi”

8 İyul 2026 18:28
77
Amorim: “Ramuşa çox inanıram, görün Xorvatiyaya nə etdi”

“Milan”ın baş məşqçisi Ruben Amorim 2026-cı il dünya çempionatından sonra kluba qayıdan hücumçu Qonsalo Ramuş və cinah yarımmüdafiəçisi Rafael Leao haqqında danışıb.

İdman.Biz xəbər verir ki, portuqaliyalı məşqçi hər iki oyunçunun oyununu yüksək qiymətləndirib.

"Ramuşa çox inanıram! Üç rəqibin əhatəsində Xorvatiyaya qarşı nə etdiyinə baxın! Onu əla oyunçu kimi görürəm. Leao? O, bizim oyunçumuzdur; əla dünya çempionatı keçirib", - deyə Amorim bildirib.

Ramuş yay transfer pəncərəsində İtaliya klubu üçün rekord məbləğə “Pari Sen-Jermen”dən “Milan”a keçib. O, 2026-cı il dünya çempionatında iki oyun keçirib və 1/16 finalda Xorvatiyaya qarşı qol vurub. Leao dünya çempionatında beş oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib, Portuqaliyanın 1/8 finala vəsiqə qazanmasına kömək edib.

Amorim daha əvvəl “Sportinq” və “Mançester Yunayted”də çalışıb və 2026-cı ilin iyun ayından “Milan”ı çalışdırır.

İdman.Biz