Acun Ilıcalı: “Futbol klubu alana qədər paltom olmayıb” - VİDEO

7 İyul 2026 10:59
106
Acun Ilıcalı: “Futbol klubu alana qədər paltom olmayıb” - VİDEO

Türkiyəli iş adamı Acun Ilıcalı açıqlaması ilə marağa səbəb olub.

İdman.Biz xəbər verir ki, futbol mütəxəssisi Arda Turanın həyat yoldaşı Aslıhan Doğan Turanın aparıcısı olduğu verilişə qatılan Ilıcalı etirafı ilə təəccübləndirib.

O bildirib ki, futbol klubu alana qədər paltosu olmayıb:

“Paltom yox idi. Futbol klubu alana qədər paltom olmayıb. Həyatımda heç vaxt soyuq görmədim, soyuğun nə olduğunu bilmirəm”.

Ilıcalı onu da əlavə edib ki, tərləməyi sevmədiyi üçün bütün həyatı boyu qalın paltar geyinməkdən çəkinib.

Qeyd edək ki, Acun Ilıcalı İngiltərənin “Hall Siti” futbol klubunun sahibidir.

Ətraflı videoda:

İdman.Biz