Bu gün UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsində Albaniyanın “Elbasani” futbol klubu Belarusun BATE komandasını qəbul edəcək. Komandalar arasındakı cavab oyunu isə öncədən məlum olduğu kimi Azərbaycanda keçiriləcək.
İdman.Biz xəbər verir ki, BATE rəqibini Belarusda deyil, neytral meydanda qəbul edəcək. Qarşılaşma Azərbaycanda - Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçiriləcək.
Komandalar arasında ilk oyun bu gün Albaniyada baş tutacaq. “Elbasani” - BATE matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab oyunu isə 16 iyul, saat 21:00-da keçiriləcək.
Qeyd edək ki, BATE-nin cavab oyununu Sumqayıtda keçirməsinə səbəb UEFA-nın Belarus klubları ilə bağlı tətbiq etdiyi məhdudiyyətlərdir.
