Ötən mövsüm “Karvan-Yevlax” futbol klubunun şərəfini qoruyan Vadim Abdullayevin karyerasını hansı klubda davam etdirəcəyi dəqiqləşib.
Yarımmüdafiəçinin özü “Kəpəz”lə anlaşdığını söyləyib.
“Karyeramı bu komandada davam etdirəcəyəm. Başqa təkliflərim də var idi. Amma “Kəpəz”i seçdim. Yeni mövsümün bizim üçün uğurlu olacağına ümid edirəm”, - deyə o sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi ümumilikdə Premyer Liqada 146 oyun keçirib, iki qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
