“Qalatasaray” fərqin artmasına imkan verməyib - VİDEO

Xəbərlər
15 Yanvar 2024 23:14
169
“Qalatasaray” fərqin artmasına imkan verməyib - VİDEO

Türkiyə Superliqasının 20-ci turuna yekun vurulub.

İdman.biz xəbər verir ki, turun bağlanış matçında “Qalatasaray” 3 xal qazanıb.

Oyun Okan Burukun yetirmələri üçün asan alınmayıb. Meydan sahibləri qələbə topunu 86-cı dəqiqədə penaltidən vurublar. Bu uğurdan sonra “sarı qırmızlar” lider “Fənərbaxça” ilə aradakı xal fərqini yenidən ikiyə endiriblər.

20 oyundan sonra “Fənərbaxça”nın hesabında 53, “Qalatasaray”ın isə 51 xal var.

Türkiyə Superliqası
20-ci tur

Qalatasaray – Kayserispor – 2:1

İdman.biz