“Mançester Yunayted” “Barselona” ulduzu üçün 150 milyon avro ödəməyə hazırdır

22 Sentyabr 2026 03:36
32
“Mançester Yunayted” “Barselona” ulduzu üçün 150 milyon avro ödəməyə hazırdır

“Mançester Yunayted” “Barselona”nın futbolçusu Fermin Lopesin transferini nəzərdən keçirir.

İdman.Biz “El Nacional”a istinadən xəbər verir ki, mankunianlılar 23 yaşlı ispaniyalı futbolçu üçün 150 milyon avroyadək (300 milyon manat) təklif verməyə hazırdırlar. İngiltərə klubu Lopesin komandanın hücum xəttini əhəmiyyətli dərəcədə gücləndirə biləcəyinə inanır.

Bununla belə, “Barselona” öz yetirməsi ilə yolları ayırmaq niyyətində deyil. Lopesin özü də Kataloniya klubunu tərk etmək istəmir. Bu amil mümkün danışıqları daha da çətinləşdirə bilər.

Fermin Lopes 2026/27 mövsümündə yeddi matçda dörd qol vurub və iki məhsuldar ötürmə edib.

İdman.Biz