Türkiyənin “İstanbul Başakşehir” klubu sosial mediada Özbəkistan millisinin hücumçusu Eldor Şomurodovla müqavilənin hüquqlarını “Roma”dan aldığını açıqlayıb.
İdman.Biz xəbər verir ki, oyunçunun Türkiyə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. O, 2025-ci ilin iyul ayında “calorossi”dən icarə əsasında İstanbul klubuna keçib.
Şomurodov ötən mövsüm 44 oyunda 23 qol vurub və altı məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun hazırkı bazar dəyəri 7 milyon avrodur. Hücumçu əvvəllər “Rostov”, “Cenoa”, “Spezia”, “Kalyari” və bir neçə başqa klubda oynayıb.
