İstanbulun “Beşiktaş” klubu qapıçı Vanya Milinkoviç-Saviçin transferi ilə bağlı İtaliyanın “Napoli” klubu ilə danışıqlar aparır.
İdman.Biz bu barədə insayder Nikolo Şiraya istindən bildirir.
Şiranın sözlərinə görə, oyunçu artıq “Napoli” komandasının planlarında deyil və bu yay klubdan ayrıla bilər.
29 yaşlı qapıçı kluba birdəfəlik keçməzdən əvvəl 2025-ci ilin iyul ayından “Torino”dan icarə əsasında “Napoli”də oynayıb. O, “Napoli” klubunda 38 oyun keçirib, 38 qol buraxıb. 15 dəfə qapısını toxunulmaz saxlayıb.
Transfermarkt-ın məlumatına görə, Vanya Milinkoviç-Saviçin bazar dəyəri 20 milyon avrodur.
