Medina yeni klubunda təqdim olundu - FOTO

3 İyul 2026 16:03
89
Medina yeni klubunda təqdim olundu - FOTO

“Qarabağ” futbol klubunun sabiq müdafiəçisi Kevin Medina yeni komandasında rəsmən təqdim olunub.

İdman.Biz xəbər verir ki, müdafiəçisi Malayziyanın “Johor Darul Ta’zim” klubu ilə müqavilə imzalayıb. Klub 32 yaşlı futbolçunun təqdimat görüntülərini rəsmi sosial şəbəkə hesablarında yayımlayıb.

Medina yeni komandasında da 81 nömrəli formanı geyinəcək. Təcrübəli müdafiəçi “Qarabağ”dan ayrıldıqdan sonra karyerasını Asiyada davam etdirmək qərarı verib.

Kolumbiyalı futbolçu Ağdam klubuna 2020-ci ilin yayında keçib. O, “Qarabağ”ın heyətində Azərbaycan Premyer Liqasının üçqat qalibi olub, iki dəfə Azərbaycan Kubokunu qazanıb. Medina həmçinin komandanın avrokuboklardakı çıxışlarında əsas müdafiəçilərdən biri kimi yadda qalıb.

Kevin Medina “Qarabağ”ın heyətində ümumilikdə 121 oyunda meydana çıxıb və üç qol vurub. O, bu müddətdə həm ölkə çempionatında, həm də UEFA turnirlərində Ağdam təmsilçisinin müdafiə xəttində önəmli rol oynayıb.

İdman.Biz