Ter Stegen “Ayaks” yolunda, transfer tamamlanır

3 İyul 2026 16:25
68
Ter Stegen “Ayaks” yolunda, transfer tamamlanır

Almaniyalı qapıçı Mark-Andre ter Stegen “Barselona”dan ayrılmağa yaxındır.

İdman.Biz xəbər verir ki, Niderlandın “Ayaks” futbol klubu 34 yaşlı qolkiperin keçidi ilə bağlı “Barselona” ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Məlumata görə, ter Stegen “Ayaks”la şəxsi razılığa gəlib. Transferin icarə əsasında reallaşacağı gözlənilir. Hazırda əsas məsələ futbolçunun yüksək maaşının hansı hissəsinin Amsterdam təmsilçisi tərəfindən ödəniləcəyi ilə bağlıdır.

“Barselona” yay fasiləsində maaş yükünü azaltmağa çalışır. Bu səbəbdən klub ter Stegenin gedişinə müsbət yanaşır. Almaniya millisinin qapıçısı 2014-cü ildən Kataloniya təmsilçisinin formasını geyinir.

İdman.Biz