“Mançester Siti” üç il ərzində transferlərə 964 milyon avro xərcləyib

3 İyul 2026 09:08
64
“Mançester Siti” üç il ərzində transferlərə 964 milyon avro xərcləyib

“Mançester Siti”nin transfer xərcləri “Nottingem Forest”dən ingilis yarımmüdafiəçi Elliot Andersonu transfer edəndən sonra üç il ərzində 824 milyon funt sterlinqə (964 milyon avro) çatıb.

İdman.Biz-in “Sky Sports”a istinadən məlumatına görə, bu müddət ərzində yalnız bir klub oyunçuların transferinə daha çox pul xərcləyib.

“Mançester Siti”nin Anderson üçün 116 milyon funt sterlinq (135 milyon avro) pul ödədiyi və onu tarixin ən bahalı ingilis futbolçusu etdiyi bildirilir.

Mənbəyə görə, 2023-cü ilin yayından bəri yalnız “Çelsi” “Mançester Siti”dən daha çox pul xərcləyib. Nəşrin məlumatına görə, “göylər”in transfer xərcləri 1 milyard funt sterlinqə (1,17 milyard avro) çatıb.

İdman.Biz