Yamal: “Anam məni 16 yaşında doğub, əsl təzyiq odur”

1 İyul 2026 23:33
88
Yamal: “Anam məni 16 yaşında doğub, əsl təzyiq odur”

“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində komandasının oyunundan əvvəl ulduz statusunun ona təzyiq edib-etmədiyini deyib.

İdman.Biz bildirir ki, İspaniya iyulun 2-də Avstriya ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

“Mən heç vaxt bu yükü öz üzərimə götürmürəm. Daha çox əziyyət çəkən insanlar var. Anam məni 16 yaşımda dünyaya gətirib - bu, əsl təzyiqdir. Atam isə evə yemək gətirmək üçün küçədən əşyaları toplamalı olub. Bu, təzyiqdir. Etməli olduğum tək şey futbol oynamaq və ispan azarkeşlərini sevindirməkdir”, - deyə Cadena Ser Yamalın sözlərini sitat gətirir.

İdman.Biz