Konqonun baş məşqçisi: “Bunu edə biləcəyimizə inanırdıq”

1 İyul 2026 23:49
93
Konqonun baş məşqçisi: “Bunu edə biləcəyimizə inanırdıq”

Konqo Demokratik Respublikasının baş məşqçisi Sebastyen Dezabr komandasının DÇ-2026-nın 1/16 final matçında İngiltərəyə uduzması ilə bağlı fikirlərini bildirib.

İdman.Biz xəbər verir ki, oyun 2:1 hesabı ilə ingilislərin xeyrinə qurtarıb.

“Məyus olduq, çünki bunu edə biləcəyimizə həqiqətən inanırdıq. Yaxşı oynadıq. Sona yaxın iki qol şansını qaçırdıq və dünyanın ən yaxşı oyunçularından biri iki qol vurdu. Oyunçuları oyunlarına görə təbrik etməliyik. Onlar bu kimi komandalara qarşı oynamaqla çox təcrübə qazanıblar. Konqoda futbol belədir: bəlkə də bir az təcrübəmiz çatışmırdı, amma oyunun təbiəti belədir. Biz öyrənirik və inkişaf etməyə davam edirik. Sakitcə davam edəcəyik”, - FİFA-nın mətbuat xidməti Dezabrdan sitat gətirib.

Qələbdən sonra İngiltərə 2026-cı il dünya çempionatının 1/8 finalına yüksəlib və orada Meksika ilə qarşılaşacaq.

İdman.Biz