İngiltərə mundiallar tarixində ən pis göstəriciyə imza atıb

1 İyul 2026 21:35
101
İngiltərə mundiallar tarixində ən pis göstəriciyə imza atıb

İngiltərə millisinin 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Konqo DR ilə matçda qapıya ilk zərbəsi cəmi 30-cu dəqiqədə vurulub.

İdman.Biz Opta-ya istinadən xəbər verir ki, bu, statistika toplanandan (1966-cı ildən) bəri milli komandanın dünya çempionatı matçında ən gec ilk zərbəsidir.

Oyunun ilk yarısı 1:0 hesabı ilə Konqonun xeyrinə qurtarıb.

İngiltərə L qrupunda yeddi xalla birinci, Konqo DR isə K qrupunda dörd xalla üçüncü yerdə pley-offa yüksəlib.

İdman.Biz