Oliver Qlasner “Nottingem Forest”in rəhbərliyinə gətirilib

1 İyul 2026 22:49
95
Oliver Qlasner “Nottingem Forest”in rəhbərliyinə gətirilib

“Kristal Palas”ın keçmiş çalışdırıcısı Oliver Qlasner “Nottingem Forest”in baş məşqçisi vəzifəsini icra etməyə başlayıb.

İdman.Biz-in məlumatına görə, Qlasnerə “Kristal Palas” heyətinin əsas üzvlərini kluba gətirməyə icazə veriləcək. Ona həmçinin transfer qərarlarında rol oynayacağı vəd edilib.

“Nottingem Forest”in əvvəlki meneceri Vitor Pereyra vəzifəsindən azad edilib. O, 2026-cı ilin fevral ayından bəri kluba rəhbərlik edirdi. Onun rəhbərliyi altında “Forest” Avropa Liqasının yarımfinalına vəsiqə qazanıb və həmçinin İngiltərə Premyer Liqasındakı yerini qoruyub saxlaya bilib.

“Nottingem Forest” ötən mövsüm Premyer Liqanın turnir cədvəlində 16-cı yeri tutub.

İdman.Biz