UEFA “Aston Villa”nı 22,5 milyon avro cərimələyib

1 İyul 2026 07:21
76
UEFA “Aston Villa”nı 22,5 milyon avro cərimələyib

UEFA “Aston Villa”nı heyət xərcləri qaydalarını pozduğuna görə cərimələyib.

İdman.Biz bu barədə “The Athletic” qəzetinə istinadən məlumat verir.

Mənbəyə görə, cərimə 22,5 milyon avro təşkil edir və klub bunun yalnız 7,5 milyon avrosunu ödəyəcək. Qalan məbləğ yalnız maliyyə göstəriciləri pisləşərsə ödəniləcək, çünki 2024-2025-ci illər arasında azalıb. Həmçinin qeyd olunur ki, İngiltərə klubuna tətbiq edilən cərimə “Strasburq”dan (25 milyon avro) sonra 2025-ci ildə Avropa klubuna tətbiq edilən ikinci ən böyük cəzadır.

“Aston Villa” daha əvvəl UEFA-nın maliyyə qaydalarını pozduğuna görə ötən il 11 milyon avro cərimələnib.

İdman.Biz