2026/2027-ci il İspaniya La Liqası mövsümündə “Real Madrid” və “Barselona” arasında ilk oyun oktyabrın 25-də yarışın 10-cu turunda baç tutacaq.
İdman.Biz xəbər verir ki, bu oyun “blaugrana”nın ev stadionu olan “Camp Nou”da keçiriləcək.
İkinci görüş 9 mayda La Liqanın 35-ci turu çərçivəsində keçiriləcək. Komandalar “Los Blancos”un ev stadionu olan “Santyaqo Bernabeu”da oynayacaqlar.
Ötən mövsümün İspaniya La Liqasının ilk dövrəsində “Real Madrid” Hans-Diter Flikin komandasını 2:1 hesabı ilə məğlub etmişdi. İkinci oyunda Kataloniya klubu Alvaro Arbeloanın komandasını 2:0 hesabı ilə məğlub etdi. “Barselona” İspaniya çempionu oldu, “Los Blancos” isə ikinci yeri tutdu.
