Həbib Beye “Marsel”in baş məşqçisi vəzifəsindən qovulub

30 İyun 2026 22:00
73
Həbib Beye “Marsel”in baş məşqçisi vəzifəsindən qovulub

“Marsel” rəsmi saytında Həbib Beyenin baş məşqçi vəzifəsindən getdiyini açıqlayıb.

Həbib Beye 2026-cı ilin fevral ayından bəri “Marsel”ə rəhbərlik edirdi.

“Olimpik Marsel” Futbol Klubu Həbib Beye ilə tərəfdaşlığının bitdiyini elan edib. Klub Həbib Beyeyə təşəkkür edir və gələcək karyerasında ona uğurlar arzulayır”, - deyə klubun açıqlamasında bildirilib.

Beyenin rəhbərliyi altında 13 matçda komanda altı qələbə qazanıb, bir heç-heçə edib və altı məğlubiyyəti var. Ötən mövsüm Provans klubu Liqa 1-də beşinci yeri tutub. O, əvvəllər “Renn” və "Srvena Zvezda”nı çalışdırıb.

İdman.Biz