“Yuventus”un baş direktoru Covanni Karnevali klubun hücumçu Duşan Vlahoviçin müqaviləsini uzatmaq istəmədiyini bildirib.
İdman.Biz xəbər verir ki, serb futbolçunun klubla müqaviləsi 30 iyunda bitir.
“Dusan Vlahoviç planlarımıza daxil deyil”, - Karnevali deyib.
2025/2026 mövsümündə Vlahoviç bütün yarışlarda 23 oyunda iştirak edib, 10 qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, hücumçunun bazar dəyəri 35 milyon avrodur. Onunla daha əvvəl “Barselona”, “Çelsi”, “Mançester Yunayted” və digər klublar maraqlanırdı.
