“Real” Niko Pasın növbəti mövsümü “Komo”da keçirəcəyini təsdiqləyib

30 İyun 2026 06:16
99
“Real” Niko Pasın növbəti mövsümü “Komo”da keçirəcəyini təsdiqləyib

“Real Madrid” hücumçu Niko Pasın “Komo”ya transferi ilə bağlı açıqlama yayıb.

İdman.Biz bildirir ki, Pas “Komo”ya 2024-cü ilin yayında “Real Madrid”in gənclər komandasından qoşulub.

“Real Madrid”, “Komo” və Niko Pas oyunçunun 2026/2027 mövsümü üçün İtaliya klubunda qalması barədə razılığa gəliblər.

Oyunçunun xahişi ilə bağlanan bu müqavilədə həmçinin “Real Madrid”in Niko Pasın hüquqlarını 2027/2028 mövsümü üçün birtərəfli şəkildə satın almaq hüququnu saxladığı da qeyd olunur", - deyə “Real Madrid”in rəsmi saytında dərc olunmuş açıqlamada bildirilir.

Bu müddət ərzində yarımmüdafiəçi bütün yarışlarda 75 oyunda meydana çıxıb, 19 qol vurub və 17 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, onun bazar dəyəri 80 milyon avrodur.

İdman.Biz