“Arsenal” “Mançester Siti”ni darmadağın edərək İngiltərə Superkubokunu qazanıb - VİDEO

16 Avqust 2026 20:00
77
“Arsenal” “Mançester Siti”ni darmadağın edərək İngiltərə Superkubokunu  qazanıb

“Arsenal” və “Mançester Siti” arasında İngiltərə Superkuboku matçı başa çatıb.

“Arsenal” 3:0 hesabı ilə qalib gəlib. Oyun Uelsin Kardiff şəhərindəki “Principality” stadionunda baş tutub.

Rikkardo Kalafiori bu oyunun ilk dəqiqəsində hesabı açaraq londonlulara üstünlük qazandırdı. Kai Havertz 28-ci dəqiqədə "topçular"ın üstünlüyünü ikiqat artırdı. Martin Edeqord londonluların üçüncü qolunu 48-ci dəqiqədə vurdu.

İngiltərə Superkuboku Premyer Liqa çempionları ilə İngiltərə Kubokunun qalibləri arasında keçirilən illik matçdır.

“Arsenal” 2025/26 İngiltərə Premyer Liqası mövsümünü 38 matçda 85 xal qazanaraq çempion kimi başa vurdu. Ötən mövsüm UEFA Çempionlar Liqasında "topçular" finala yüksəldilər və orada “Pari Sen-Jermen”ə (1:1, penaltilərdə 3:4) məğlub oldular.

“Mançester Siti” ötən mövsüm 78 xal qazanaraq Premyer Liqa turnir cədvəlində ikinci yeri tutdu. Onlar həmçinin 2025/26 mövsümünün İngiltərə Kubokunun qalibləridir.

İdman.Biz