“Qarabağ”ın rəqibi geridönüşlə inamlı qələbə qazandı

16 Avqust 2026 18:31
76
“Qarabağ”ın rəqibi geridönüşlə inamlı qələbə qazandı

Niderland Erediviziyasında ikinci turun oyunları keçirilir.

İdman.Biz bildirir ki, “Tvente” öz meydançasında “PEC Zvolle”ni qəbul edib.

Matç 3:1 hesabı ilə “Tvente”nin xeyrinə bitib.

Hesabı 21-ci dəqiqədə qonaqların oyunçusu Elias Sorensen açıb. 38-ci dəqiqədə “Tvente”dən Dauda Vaydman bərabərlik qolunu vurub. 59-cu dəqiqədə qonaq oyunçu Dilan Mbayo öz qapısına qol vurub. 70-ci dəqiqədə isə Dan Rots yekun hesabı müəyyənləşdirib – 3:1.

“Tvente” UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” klubunun rəqibidir.

İdman.Biz