"Aston Villa" qapıçı Zion Suzuki transferi üçün "Parma" ilə razılığa gəlib.
İdman.Biz-in "The Athletic" qəzetinə istinadən məlumatına görə, ingilis klubu 30 milyon avro məbləğində sabit ödəniş və əlavə 5 milyon avro bonus ödəyəcək.
Mənbə bildirir ki, "Aston Villa" yapon qapıçı ilə müqavilə şərtlərini də razılaşdırıb. Suzuki ilə müqavilə 2031-ci ilə qədər davam edəcək.
Əvvəllər mediada 23 yaşlı futbolçunun PSJ-yə keçidinin uğursuz olduğu bildirilirdi.
Ötən mövsüm Suzuki bütün yarışlarda 22 oyunda meydana çıxıb və altı dəfə qapısını toxunulmaz saxlayıb. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 30 milyon avrodur.
