“Marsel” “Vest Hem”in müdafiəçisini transferi üzərində işləyir

16 Avqust 2026 20:36
67
“Marsel” “Vest Hem”in müdafiəçisini transferi üzərində işləyir

“Marsel” "Vest Hem Yunayted"in müdafiəçisi Jan-Kler Todibonu transfer etmək üçün səylərini artırıb.

İdman.Biz bu barədə Footmercato-ya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Fransa klubu oyunçu ilə şifahi razılığa gəlib və "Marsel" indi "Vest Hem"lə danışıqlar aparacaq.

Todibo ötən mövsüm bütün turnirlərdə 25 oyunda meydana çıxıb. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 22 milyon avrodur. Onun karyerasında həmçinin "Tuluza", "Barselona", "Şalke 04", "Benfika" və "Nitsa" kimi klublardakı çıxışları da var.

"Marsel" ötən mövsüm Liqa 1-də beşinci yeri tutub.

İdman.Biz