İspaniyanın “Deportivo” futbol klubunun hücumçusu Adama Traore “Barselona”nın gənc ulduzu Lamin Yamalın Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, 30 yaşlı futbolçu sabiq komandası ilə qarşılaşma öncəsi müsahibəsində Yamalın öz karyera yolunu müəyyənləşdirməli olduğunu vurğulayıb:
“Lamin bənzərsiz futbolçudur. İnsanlar onu Messi ilə müqayisə edirlər, amma o, öz yolu ilə getməli, öz karyerasını qurmalıdır. O, “Barselona”nın incisidir, superulduzdur”.
Traore Kataloniya klubunda çıxış etdiyi illəri də xatırlayıb. Futbolçu Messi, Andres İnyesta, Xavi, Karles Puyol, Dani Alves, Neymar, Jordi Alba və Serxio Busketslə eyni komandada olmağın onun üçün unudulmaz təcrübə olduğunu qeyd edib.
19 yaşınadək “Barselona”nın sıralarında yer alan hücumçu sabiq klubuna qarşı keçirəcəyi matçın onun üçün xüsusi əhəmiyyət daşıdığını söyləyib.
Qeyd edək ki, Traore yayda “Vest Hem”dən ayrılaraq azad agent kimi “Deportivo”ya keçib və ikiillik müqavilə imzalayıb. O, cari mövsümdə 10 qarşılaşmada iştirak etsə də, hələ start heyətində meydana çıxmayıb.
