Ronaldo: “Bütün valideynlərdən 2002-ci ildəki saç düzümümə görə üzr istəyirəm” - FOTO

30 İyun 2026 04:15
77
Ronaldo: “Bütün valideynlərdən 2002-ci ildəki saç düzümümə görə üzr istəyirəm”

Braziliya millisinin keçmiş hücumçusu Ronaldo Cənubi Koreya və Yaponiyada keçirilən 2002-ci il dünya çempionatındakı saç düzümü barədə danışıb.

İdman.Biz bildirir ki, həmin vaxt Ronaldo başını demək olar ki, keçəl qırxdıraraq yalnız ön hissədə kəkil saxlamışdı.

“Əvvəlcə, bu fürsətdən istifadə edərək 2002-ci ildə saç kəsimimə görə bütün valideynlərdən üzr istəyirəm. O vaxt diz zədəm var idi və yalnız fiziki və zehni işi birləşdirən yeni məşq məni istədiyim yerə çatdıra bilərdi", - deyə “L'Equipe” Ronaldonun sözlərini sitat gətirib.

Həmin dünya çempionatında Braziliya dünya çempionu olmuşdu.

İdman.Biz