Enzo Mareskanın “Mançester Siti”nin baş məşqçisi təyin olunmasından sonra “Çelsi” 17 milyon funt sterlinq təzminat alacaq.
İdman.Biz bu barədə jurnalist Fabrizio Romanoya istinadən bildirir.
Daha əvvəl London klubu “Mançester Siti” və Mareska ilə 2026-cı ilin yanvar ayında onun “Çelsi” ilə müqaviləsinin ləğvi ilə bağlı məxfi razılaşma əldə etdiyini açıqlamışdı.
“Mançester Siti” Pep Qvardiolanı baş məşqçi vəzifəsində əvəz edəcək Enzo Mareskanı transfer etdiyini açıqlayıb.
Bu yaxınlarda başa çatan İngiltərə Premyer Liqası mövsümündə “Mançester Siti” ikinci, “Çelsi” isə 10-cu yerdə qərarlaşıb.
