“Çelsi” və “Strasburq”un keçmiş məşqçisi Liam Rosenior “Paris” klubu ilə danışıqlar aparır.
İdman.Biz bu barədə jurnalist və insayder Fabrizio Romanoya istinadən bildirir.
Mənbənin məlumatına görə, Rosenior tezliklə “Paris” klubu ilə iki illik müqavilə imzalayacaq. Tərəflər hazırda bir illik uzadılma variantı ilə bağlı detalları müzakirə edirlər.
Roseniorun Liqa 1-də 11-ci yeri tutan klubda fransız Antuan Kombuareni əvəz etməsi gözlənilir. Parislilərin rəhbərliyi yüksək liqadakı yerlərini qorusalar da, hələlik menecerlə onun gələcəyi ilə bağlı razılığa gələ bilməyiblər.
Liam Rosenior Premyer Liqada ardıcıl beş məğlubiyyətdən sonra 2026-cı ilin aprelində “Çelsi”nin baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb.
