“Atletiko Madrid” və Argentina milli komandasının hücumçusu Xulian Alvares komandanın 2026/2027 mövsümü üçün ev formasının tanıtım kampaniyasında iştirak etməyib.
İdman.Biz bildirir ki, müdafiəçilər Markos Loryente və Mark Pubil, yarımmüdafiəçilər Culiano Simeone və Aleks Baena isə ənənəvi qırmızı-ağ formanı geyiniblər. Təqdimatda yalnız Alvares yox, həm də gələn mövsüm komandada qalması gözlənilən digər oyunçular iştirak etməyib.
Hücumçunun adının və 19 nömrəsinin yazıldığı formanı rəsmi “Atletiko Madrid” mağazasından əldə etmək mümkündür.
Xulian Alvares Madrid klubundan ayrılmaq istədiyini açıq şəkildə bildirib. “Barselona” onu transfer etməkdə maraqlıdır.
