Antonin Kinski “Tottenhem”lə müqaviləsini uzadıb

27 İyun 2026 22:29
116
Antonin Kinski “Tottenhem”lə müqaviləsini uzadıb

Qapıçı Antonin Kinski “Tottenhem”lə yeni müqavilə imzalayıb.

İdman.Biz bu barədə jurnalist Fabrizio Romanoya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, tərəflər 2031-ci ilin yayına qədər müddətə bağlanan əmək müqaviləsi imzalayıblar və müqaviləni daha bir mövsüm uzatmaq imkanı da var. Kinskinin baş məşqçi Roberto De Dzerbinin əsas qapıçısı olduğu, Qulyelmo Vikarionun isə klubdan ayrılacağı bildirilir.

Antonin Kinski ötən mövsüm “Tottenhem Hotspur”da bütün yarışlarda 10 oyunda iştirak edib və üç dəfə qapısını toxunulmaz saxlayıb. Onun transfer dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.

İdman.Biz