“Marsel”in komandada saxlamaq istədiyi oyunçular məlum olub

27 İyun 2026 20:54
94
“Marsel”in komandada saxlamaq istədiyi oyunçular məlum olub

UEFA-nın maliyyə qaydalarına görə, “Marsel” bu yay bir sıra oyunçularını satmaq məcburiyyətində qalıb.

İdman.Biz-in “Get French Football News”a istinadən məlumatına görə, klub ayrılmaq istəmədiyi oyunçuları müəyyən edib.

Mənbəyə görə, “Olimpik Marsel” yalnız hücumçu İqor Payşaonu çox yüksək qiymətə satmağa hazırdır və ümid edir ki, bu, potensial alıcıları razı salacaq.

“Onze Mondial” əlavə edir ki, klub həmçinin müdafiəçi Fakundo Medina, yarımmüdafiəçi Timoti Vea və hücumçu Amine Quirini də yüksək qiymətləndirir. Lakin, həqiqətən cəlbedici təklif gələrsə, bu oyunçulardan hər hansı biri satıla bilər.

İdman.Biz