Zlatko Daliç: “İlk raundu keçmək üçün əlimizdən gələni edəcəyik”

27 İyun 2026 20:18
79
Zlatko Daliç: “İlk raundu keçmək üçün əlimizdən gələni edəcəyik”

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç 2026-cı il dünya çempionatının qrup mərhələsinin son oyunu ilə bağlı gözləntilərini bölüşüb.

İdman.Biz xəbər verir ki, oyun 28 iyunda Bakı vaxtı ilə saat 01:00-da Filadelfiyadakı “Linkoln Financial Field” stadionunda keçiriləcək.

“Oyun səviyyəmizi və diqqətimizi artırmalıyıq. Xorvatiyanın nəyə qadir olduğunu göstərdik. Hələ ki, ən yaxşı oyunumuzu göstərə bilməmişik, amma sabah bunu etmək üçün fürsətimiz olacaq. Ümid edirəm ki, ilk raundu keçmək üçün əlimizdən gələni edəcəyik”, - FİFA-nın rəsmi saytında Daliçin sözləri sitat gətirilir.

Daha əvvəl Xorvatiya İngiltərəyə uduzub (2:4) və Panamaya (1:0) qalib gəlib.

İdman.Biz