“Fulhem” və “Malaqa” futbol komandaları arasında keçirilən mövsümöncəsi yoldaşlıq matçı qalmaqallı və qeyri-adi sonluqla yadda qalıb.
İdman.Biz xəbər verir ki, “La Rosaleda” stadionunda keçirilən Kosta del Sol kuboku uğrunda qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. “Fulhem”in qollarını Rayan Sessenyon və Aleks İvobi, İspaniya təmsilçisinin qollarını isə Çupete və Eneko Xauregi vurublar.
Matçın sonlarında verilən mübahisəli penalti qərarından sonra “Fulhem”in baş məşqçisi Alvaro Arbeloa hakimə etiraz etdiyi üçün qırmızı vərəqə alıb. Xauregi həmin penaltini dəqiq yerinə yetirərək hesabı 2:2 edib.
Əsas vaxtdan sonra turnirin qalibini müəyyənləşdirmək üçün penaltilər seriyasının keçirilməsi nəzərdə tutulsa da, “Fulhem” futbolçuları meydanı tərk ediblər. İngiltərə tərəfi penaltilər seriyasının əvvəlcədən əldə olunan razılaşmada nəzərdə tutulmadığını bildirib. İspaniya mətbuatının məlumatına görə, komandanın uçuşa gecikmək təhlükəsi də qərara təsir edən amillərdən biri olub.
Bundan sonra meydanda sürreal görüntü yaranıb. “Malaqa”nın hücumçusu Eneko Xauregi qarşısında rəqib qapıçı olmadan simvolik penalti zərbəsini yerinə yetirib və topu boş qapıya göndərib.
Nəticədə “Malaqa” Kosta del Sol kubokunun qalibi elan olunub. “Fulhem” isə penaltilər seriyasında iştirak etmədən stadionu tərk edib.
