Zlatko Daliçin yeni iş yeri məlum oldu

13 Avqust 2026 11:34
143
Zlatko Daliçin yeni iş yeri məlum oldu

Xorvatiya millisinin sabiq baş məşqçisi Zlatko Daliç Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığmasının sükanı arxasına keçib.

İdman.Biz xəbər verir ki, bu barədə BƏƏ Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Daliç bu vəzifədə may ayında istefaya göndərilən Kosmin Olaroyunu əvəzləyib.

Rumıniyalı mütəxəssislə yollar DÇ-2026-nın seçmə mərhələsindəki uğursuzluqdan sonra ayrılıb.

Qeyd edək ki, Daliç doqquz il çalışdırdığı Xorvatiya millisindən bu ilin iyulunda ayrılıb. Onun rəhbərliyi altında komanda DÇ-2018-in gümüş, DÇ-2022-nin bürünc medalını qazanıb. Xorvatiya həmçinin 2022/23 mövsümündə Millətlər Liqasını ikinci pillədə başa vurub.

İdman.Biz