İtaliya klubu Ronaldinyo ilə bağlı xüsusi mərasim təşkil edəcək

13 Avqust 2026 10:00
121
İtaliya klubu Ronaldinyo ilə bağlı xüsusi mərasim təşkil edəcək

İtaliya çempionatında mövsümə “Ravenna” üçün rəngarəng start veriləcək.

İdman.Biz xəbər verir ki, klub bununla bağlı xüsusi mərasim təşkil etməyi planlaşdırır.

Tədbirin əsas hissəsi isə əfsanəvi Ronaldinyonun təqdimatı olacaq.

Ronaldinyo formal olaraq klubun futbolçusu olub. Lakin braziliyalının meydana çıxacağı gözlənilmir. O, daha çox klubun nümayəndəsi kimi fəaliyyət göstərəcək. Hazırda “Ravenna” İtaliya futbolunun üçüncü səviyyəsi olan C Seriyasında çıxış edir.

Ronaldinyonun təqdimatı avqustun 20-də keçiriləcək.

Qeyd edək ki, Ronaldinyo daha əvvəl İtaliyada da çıxış edib. O, Kataloniya “Barselona”sındakı möhtəşəm çıxışlarından sonra “Milan”a keçib və bir müddət bu klubun formasını geyinib.

İdman.Biz