İngiltərə Futbol Assosiasiyası “Everton”un hücumçusu Martin Şerifi mərc oyunlarında iştirakda şübhəli bilərək onun haqqında araşdırma başlatdırıb.
İdman.Biz xəbər verir ki, məlumata görə, 20 yaşlı futbolçu 20 noyabr 2024-cü ildən 12 fevral 2026-cı ilədək futbol oyunlarına ümumilikdə 61 mərc edib.
İngiltərədə peşəkar futbolçulara istənilən futbol matçına mərc etmək qadağandır.
Bildirilir ki, Şerif İngiltərə Futbol Assosiasiyası ittihamlarına avqustun 17-dək cavab verməlidir.
Martin Şerif “Everton”un yetirməsidir. Lakin o, hələ əsas komandanın heyətində heç bir rəsmi matçda meydana çıxmayıb. Ötən mövsüm futbolçu icarə əsasında “Rotherham” və “Port Veyl”də çıxış edib.
Şerifin klubla qüvvədə olan müqaviləsinin müddəti daha bir il nəzərdə tutulub.
