“Mançester Yunayted”in yay transfer pəncərəsində əsas hədəflərindən biri olan Eduardo Kamavinqanın transferi baş tutmaya bilər.
İdman.Biz xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisi “Real”ın 23 yaşlı yarımmüdafiəçisini heyətinə qatmaq üçün onun nümayəndələri ilə əlaqə saxlayıb. Lakin futbolçu “Old Trafford”a keçmək istəmədiyini bildirib.
Məlumata görə, “Mançester Yunayted” iyulda Kamavinqanın mümkün transferi ilə bağlı vəziyyəti öyrənib. Fransa millisinin üzvü isə bütün maraqlanan klublara Madrid təmsilçisində qalmaq istədiyini çatdırıb.
Qeyd olunur ki, Kamavinqa 2026/27 mövsümünü “Real”da keçirməyə və baş məşqçi Joze Mourinyonun planlarında əsas rol uğrunda mübarizə aparmağa hazırlaşır.
Xəbərlərdə Madrid klubunun təxminən 40 milyon avroluq (77.6 milyon AZN) təklif qarşılığında futbolçunun satışını nəzərdən keçirə biləcəyi deyilsə də, Kamavinqanın ayrılmaq istəməməsi mümkün danışıqların qarşısındakı əsas maneədir.
