“Puma”dan “Barsa”ya rekord sponsorluq təklifi

14 Yanvar 2024 18:37
514
“Puma”dan “Barsa”ya rekord sponsorluq təklifi

Almaniyanın brend idman geyimləri firması “Puma” “Barselona” ilə əməkdaşlıq üçün rekord sponsorluq layihəsi hazırlayıb.

İdman.biz xəbər verir ki, “Puma” kluba 200 milyon avroluq ilkin və 100 milyon avroluq illik müqavilə təklif etməyi planlaşdırır.

“Barselona”nın digər idman bendi “Nike” ilə 2026-cı ilədək müqaviləsi var. Kataloniya klubu “Nike”dən razı deyil və əməkdaşlığa son qoymaq arzusundadır.

İspaniyanın digər nəhəngi “Real” isə “Adidas”la əməkdaşlıq edir. Madrid klubu bu razılaşmadan illik 110 milyon avro gəlir əldə edir.

Qeyd edək ki, “Puma” 2019-cu ildə illik 70 milyon avrodan “Mançester Yunayted”lə 10 illik sponsorluq müqaviləsi imzalayıb. Razılaşmanın digər detallarına görə, bu rəqəm illik 167 milyon avroya qədər yüksələ bilər.

İdman.biz

Məqalədə: