“Trabzonspor”la “Mançester Yunayted” Onananın icarəsi ilə bağlı razılığa gəliblər

25 İyun 2026 20:14
74
“Trabzonspor”la “Mançester Yunayted” Onananın icarəsi ilə bağlı razılığa gəliblər

“Trabzonspor” qapıçı Andre Onananın icarəsi üçün “Mançester Yunayted” ilə razılığa gəlib.

İdman.Biz-in jurnalist Yagiz Sabuncuoğluya istinadən verdiyi məlumata görə, 30 yaşlı kamerunlu futbolçunun vəkili hazırda rəsmi imzalanma üçün təqdim edilmiş müqaviləni nəzərdən keçirir.

Müqavilənin lazımi araşdırmaların başa çatmasından qısa müddət sonra bağlanması gözlənilir.

Onana 2023-cü ilin yayında “İnter”dən 52,5 milyon avroya “Mançester Yunayted”ə qoşulub. Qapıçının ingilis klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir və daha bir il müddətinə müqavilə bağlamaq hüququ var. O, 2025/2026 mövsümünü “Trabzonspor”da icarə əsasında olub, 33 oyun keçirib, 40 qol buraxıb və altı dəfə qapısını toxunulmaz saxlayıb.

İdman.Biz