“Çelsi” Fransa və “Kristal Palas”ın mərkəz müdafiəçisi Maksens Lakrua ilə bağlı danışıqlarda irəliləyiş əldə edib.
İdman.Biz bu barədə TEAMtalk-a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, 26 yaşlı futbolçu “göylər”ə keçməyə hazırdır. Lakruanın transferinin komandanın mərkəz müdafiəsinə yeganə əlavə olmadığı vurğulanır.
Lakrua ötən mövsüm bütün yarışlarda 55 oyunda meydana çıxıb, üç qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.
Lakrua hazırda Fransa millisində 2026-cı il dünya çempionatında oynayır.
