“Liverpul” Barkola ilə bağlı danışıqları dayandırıb

15 Avqust 2026 19:32
87
“Liverpul” Barkola ilə bağlı danışıqları dayandırıb

"Liverpul" hücumçu Bredli Barkolanın transferi ilə bağlı PSJ ilə danışıqları dayandırmaq qərarına gəlib.

İdman.Biz-in "L'Équipe"ə istinadən verdiyi məlumata görə, Fransa klubu 23 yaşlı cinah oyunçusu üçün 145 milyon funt sterlinq (169,6 milyon avro) tələb edir, lakin mersisaydlılar bu qiyməti çox yüksək hesab edirlər.

Mənbənin məlumatına görə, Barkola hələ də PSJ ilə yeni müqavilə imzalamaqdan imtina edir və "Liverpul"a keçməyə hazırdır. "Qırmızılar" fransız oyunçu üçün danışıqları bərpa etməzdən əvvəl transfer pəncərəsinin son günlərinə qədər gözləmək niyyətindədir. "Liverpul" parislilərdən daha aşağı qiymət gözləyir.

Ötən mövsüm Barkola bütün turnirlərdə 49 oyunda meydana çıxıb, 13 qol vurub və yeddi məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.

İdman.Biz