"Şeffild Uensdey" klubu yetirməsi Ceymi Vardini geri qaytarmaqda maraqlıdır.
İdman.Biz bildirir ki, bu barədə klubun direktorlar şurasının sədri Devid Storç bəyan edib.
"Bir gün bu hekayəni danışa biləcəyəm. Bu, uyğun vaxt olmaya bilər. Amma bəli, Ceymi klubumuzda görmək istədiyimiz bir oyunçudur. Onu komandamızda görməkdən məmnun olarıq.
Təəssüf ki, klubun maliyyə vəziyyətinə görə bəzi məhdudiyyətlərimiz var. Ceymiyə uyğun təklif vermək üçün bu məhdudiyyətlərdən yayınmaq üçün bir yol axtarırıq", - deyə talkSPORT Storçdan sitat gətirir.
Məlumat üçün bildirək ki, 39 yaşlı Vardi "Şeffild Uensdey"in gənclik sisteminin yetirməsidir. O, karyerasının böyük hissəsini 2015/16 mövsümündə İngiltərə Premyer Liqasının titulunu qazandığı "Lester Siti"də keçirib.
