“Bavariya” “RB Leypsiq” üzərində inamlı qələbə qazanıb

15 Avqust 2026 20:08
459
“Bavariya” “RB Leypsiq” üzərində inamlı qələbə qazanıb

"Bavariya" və "RB Leypsiq" arasında keçirilən yoldaşlıq oyunu yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matç Almaniyanın Münhen şəhərindəki "Arena München" stadionunda baş tutub. Ev sahibi komanda 3:1 hesabı ilə qalib gəlib.

"Bavariya"nın hücumçusu Luis Dias 14-cü dəqiqədə hesabı açıb. "Leypsiq"in bərabərlik qolunu yarımmüdafiəçi Brayan Qruda 53-cü dəqiqədə vurub. Müdafiəçi Nataniel Braun 58-ci dəqiqədə Münhen komandasını hesabda irəli çıxarıb. Yarımmüdafiəçi Camal Musiala 81-ci dəqiqədə "Leypsiq"in qapısına üçüncü qolu vurub.

Ötən mövsüm "RB Leypsiq" Almaniya Bundesliqasında 34 oyunda 65 xal toplayaraq üçüncü yeri tutub. "Bavariya" 2025/2026 mövsümündə 89 xalla Bundesliqanın qalibi olub.

İdman.Biz