​“Nyukasl” “Bayer Leverkuzen”ə məğlub olub

15 Avqust 2026 20:13
104
​“Nyukasl” “Bayer Leverkuzen”ə məğlub olub

"Nyukasl Yunayted" və "Bayer Leverkuzen" arasında keçirilən yoldaşlıq oyunu başa çatdı.

İdman.Biz bildirir ki, "Bayer" 2:1 hesabı ilə qalib gəlib.

"Bayer"in yarımmüdafiəçisi İbrahim Maza hesabı ikinci dəqiqədə açıb. "Nyukasl"ın müdafiəçisi Malik Tşau 44-cü dəqiqədə bərabərlik qolunu vurub. Alman hücumçusu Viktor Bonifas 82-ci dəqiqədə qələbə qoluna imza atıb.

"Nyukasl" 2025/26 mövsümünü 38 matçdan 49 xalla 12-ci yerdə başa vurub. Ötən mövsüm “Bayer Leverkuzen” Bundesliqada 34 oyundan 59 xal toplayaraq altıncı yerdə qərarlaşıb.

İdman.Biz