2026/2027 mövsümünə hazırlıq çərçivəsində "Mançester Yunayted" və "Milan" arasında keçirilən yoldaşlıq oyunu başa çatdı.
İdman.Biz xəbər verir ki, oyun Polşanın Vrotslav şəhərindəki "Tarçinski Arena"da baş tutub. "Milan" 4-2 hesablı qələbəsini qeyd edib.
"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr matçın ilk qolunu ikinci dəqiqədə vurub. "Milan"ın hücumçusu Samu Çukvueze 37-ci dəqiqədə hesabı bərabərləşdirib. Müdafiəçi Patrik Dorqu 51-ci dəqiqədə İngiltərəyə klubunu irəli çıxarıb. “Milan”ın yarımmüdafiəçisi Alfaco Sisse 58-ci dəqiqədə bərabərlik qolunu vurub. Hücumçu Qonsalo Ramos 68-ci dəqiqədə “Milan”ı irəli çıxarıb, yarımmüdafiəçi Ruben Loftus-Çik isə 72-ci dəqiqədə 4:2 edib.
Portuqaliyalı çalışdırıcı Ruben Amorim üçün "Milan" - "Mançester Yunayted" matçı prinsipial xarakter daşıyıb. Belə ki, “Milan” bu oyuna “Mançester Yunayted”in keçmiş baş məşqçisi Ruben Amorim çıxarıb. Amorim ötən mövsümdə uğursuz nəticələrə görə “Mançester Yunayted”dən qovulmuşdu və onu bu postda Maykl Kerrik əvəz etmişdi.
2025/2026 mövsümünün sonunda “Mançester Yunayted” İngiltərə Premyer Liqasında üçüncü yeri tutub. Mançester komandası 38 matçdan 71 xal toplayıb. “Milan” 70 xalla İtaliya A Seriyasını beşinci yerdə başa vurub.
