Braziliya millisinin hücumçusu Neymar Argentina millisinin kapitanı Lionel Messi ilə dostluğundan danışıb.
İdman.Biz bidirir ki, futbolçular birlikdə “Barselona” (2013-cü ildən 2017-ci ilə qədər) və “Pari Sen-Jermen” (2021-ci ildən 2023-cü ilə qədər) klublarında oynayıblar.
“O, meydanda əladır, amma təsəvvür edin ki, o, meydandan kənarda necədir! O, insan kimi daha yaxşıdır və mən çox xoşbəxtəm - çünki onu tanıyıram, çünki onunla oynamışam. O, əla dostdur.
Biz çox danışırıq və bu günlərdə də danışmışıq. Və o bilir ki, mən onu çox sevirəm”, - deyə Abokr Omarın X sosial media hesabında Neymardan sitat gətirilir.
2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixləri arasında keçirilir. Braziliya qrup mərhələsində C qrupunda birinci yeri tutaraq (yeddi xal) 1/32 finala yüksəlib. Argentina hazırda J qrupunda birinci yeri tutur (altı xal). Onlar 28 iyunda son qrup matçında İordaniya ilə oynayacaqlar.
