“Bayer”in müdafiəçisi “Atletiko Madrid”ə keçir

24 İyun 2026 20:26
77
“Bayer”in müdafiəçisi “Atletiko Madrid”ə keçir

“Atletiko Madrid” “Bayer”in müdafiəçisi Alehandro Qrimaldo ilə razılaşıb.

İdman.Biz bu barədə Fabrizio Romanoya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, tərəflər transferlə bağlı şifahi razılığa gəliblər. “Bayer” təxminən 20 milyon avro, üstəgəl bonuslar alacaq.

30 yaşlı ispaniyalı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır. Transfermarkt onun dəyərini 20 milyon avro olaraq qiymətləndirir.

2025/26 mövsümündə Qrimaldo 46 oyunda iştirak edib, 14 qol vurub və 12 məhsuldar ötürmə edib. “Barselona” akademiyasının yetirməsi əvvəllər “Benfika”da oynayıb.

İdman.Biz